BAKI, 18 dekabr. TELEQRAF

ABŞ-yə məxsus azı beş hərbi təyyarə Karib dənizinin neytral suları üzərində, Venesuela sərhədlərinə yaxın ərazidə uçuşlar həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, söhbət ABŞ Hərbi Dəniz Qüvvələrinin göyərtə aviasiyasından gedir. Ən azı üç ədəd "Boeing F/A-18E Super Hornet" qırıcı-bombardmançı təyyarəsinin, eləcə də iki ədəd uzun mənzilli radiolokasiya aşkarlama funksiyasına malik göyərtə təyyarəsinin uçuşları qeydə alınıb.

Bundan əvvəl amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Trampın dekabrın 18-də Venesuela ilə müharibənin başlanması barədə açıqlama verə biləcəyini iddia edib.