BAKI, 18 dekabr. TELEQRAF

“ABŞ İrandan gələn nüvə təhlükəsini məhv edib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə barədə danışarkən deyib.

“Amerikanın gücünü bərpa etdim, on ayda səkkiz müharibəyə son qoydum, İranın nüvə təhdidini aradan qaldırdım və Qəzzada müharibəni bitirdim. 3000 ildən sonra ilk dəfə Yaxın Şərqə sülh gətirdim, həm ölü, həm də diri girovların azad edilməsini təmin etdim”, - Amerika lideri vurğulayıb.