BAKI, 18 dekabr. TELEQRAF

Rusiya qoşunları Ukraynanın Donetsk və Dnepropetrovsk vilayətlərində irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu Zvanivka və Rovno kəndləri ətrafında, eləcə də Donetsk vilayətinin Pokrovsk şəhəri ərazisində irəliləyir.

Həmçinin, ruslar Dnepropetrovsk vilayətinin Daçne yaşayış məntəqəsi yaxınlığında irəliləyişə nail olublar.