Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyaya ilk rəsmi səfəri çərçivəsində İmperator Naruxito ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Kaşım-Jomart Tokayev Qazaxıstan xalqının həmişə gündoğar ölkənin intizam və əzmkarlığını təqlid etdiyini deyib. O, həmçinin iki ölkəni qarşılıqlı hörmət və müxtəlif sahələrdə uğurlu əməkdaşlığa əsaslanan qədim dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.
İmperator Naruxito bildirib ki, Prezident Kasım-Jomart Tokayevin səfəri Yaponiya ilə Qazaxıstan arasındakı münasibətlər tarixində əlamətdar hadisə olaraq qalacaq və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq.
Dövlət başçısı və imperator qarşılıqlı əməkdaşlıq məsələləri və beynəlxalq gündəlik ətrafında fikir mübadiləsi aparıb.