BAKI, 18 dekabr. TELEQRAF
"Biz çalışırıq ki, fərqli qabiliyyətlərə malik bütün insanlar öz potensialını reallaşdıra bilsin".
Bunu Teleqraf-ın sualına cavab olaraq açıqlamasında BMT-nin Azərbaycan Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
Onun sözlərinə görə, seminarın məqsədi fərqli qabiliyyətlərə malik şəxslərin cəmiyyətdə tam inteqrasiyasını təmin etmək və onların hüquqlarının düzgün təqdim olunmasına dəstək göstərməkdir:
“Biz çalışırıq ki, fərqli qabiliyyətlərə malik bütün insanlar öz potensialını reallaşdıra bilsin. Eyni zamanda bilirik ki, cəmiyyətin bu insanlara yanaşması çox önəmlidir. Media burada həlledici rol oynayır. Söz seçiminizlə bu insanların kim olduğunu və hansı hüquqlara sahib olduqlarını göstərərək həm siyasətçilərin, həm də vətəndaşların onlara dəstək olmasına yardım edirsiniz”.