BAKI, 18 dekabr. TELEQRAF
Ceyms Vebb Kosmik Teleskopundan istifadə edən astronomlar kainatdakı ən qədim və nəhəng ulduzların ilk dəlillərini kəşf ediblər.
Teleqraf xəbər verir ki, "dinozavr ulduzları" adı verilən fəza cismləri Böyük Partlayışdan qısa müddət sonra mövcud olub. Onlar Günəşdən 10.000 dəfə böyük ola bilərdi.
Yer kürəsinin dinozavrları kimi, bu nəhəng ulduzlar da çoxdan yoxa çıxıb. Lakin onların "kosmik fosilləri" qara dəliklər şəklində qalıb. Alimlər inanırlar ki, bu supernəhənglər kainatın ilk milyard ili ərzində necə sürətlə böyüdüyünü və milyonlarla Günəş kütləsinə çatdığını izah etməyə kömək edir.