BAKI, 17 dekabr. TELEQRAF

BMT Baş katib Antonio QuterreşABŞ-la Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Fərhan Haq açıqlama verib.

"Cənab Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında gərginliyin artmasının qarşısının alınmasına yönəlib. Diplomatik əlaqələri, dialoqu davam etdirmək istəyirik. Baş katib vəziyyəti yaxından izləyir və tərəflərlə əlaqə saxlayır" - F.Haq bildirib.