BAKI, 17 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bu gecəki çıxışında Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Taker Karlson mənbələrə istinadən "Judge Napolitano – Judging Freedom" YouTube kanalında məlumat verib.

Karlsonun sözlərinə görə, ABŞ Konqresinin üzvləri yaxınlaşan müharibə barədə məlumatlandırılıb və rəsmi açıqlama bu gün verilə bilər.

Karlson bildirib ki, Tramp bu gecəki çıxışında Venesuelaya qarşı hərbi əməliyyatı elan edə bilər.