BAKI, 18 dekabr. TELEQRAF

Venesuela istənilən şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro dövlət televiziyası "Venezolana de Television"un efirində bildirib.

Onun sözlərinə görə, Venesuela xalqı ordu və polis qüvvələri ilə tam birlik içində hərəkət edir və ölkənin torpaqları, nefti, təbii sərvətləri üzərində tarixi hüquqlarını müdafiə etməyə qadirdir. Maduro vurğulayıb ki, ABŞ Venesuelada hakimiyyəti dəyişmək və ölkəni təbii sərvətlərə malik koloniyaya çevirmək məqsədi güdür.

Prezident əlavə edib ki, Vaşinqtonun aqressiv siyasəti Venesuela xalqını müstəqillik, rifah və təhlükəsiz gələcək uğrunda mübarizəni davam etdirməyə məcbur edir.