BAKI, 18 dekabr. TELEQRAF
Rusiya Müdafiə Nazirliyi Krım yarımadası və Qara dənizin akvatoriyası üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi barədə məlumat yayıb.
Teleqraf xəbər verir ki, nazirliyin açıqlamasına görə, Moskva vaxtı ilə saat 20:00-dan 23:00-dək hava hücumundan müdafiə qüvvələri tərəfindən ümumilikdə 30 PUA vurulub. Onlardan 17-si Krım üzərində, 13-ü isə Qara dənizin akvatoriyasında məhv edilib.
Bildirilib ki, hava hücumundan müdafiə vasitələri fasiləsiz rejimdə fəaliyyət göstərib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Belqorod vilayətində bir nəfərin öldüyü, on nəfərin isə xəsarət aldığı bildirilmişdi.