BAKI, 24 iyun. TELEQRAF
2026-cı ilin yanvar-may ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 370 milyon 978 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 172 milyon 311 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 27 milyon 58 min manatla “Atəşgah" Sığorta Şirkəti ASC izləyib.
Renkinqdə “Qala Sığorta” ASC şirkəti 21 milyon 98 min manatla dördüncü, “Aqrar Sığorta” ASC isə 13 milyon 383 min manatla beşinci olub.
Ümumilikdə, hesabat dövründə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 732 milyon 633 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 1,8% artım deməkdir.