BAKI, 24 iyun. TELEQRAF
“Öz güclü tərəflərimi rəqibin zəif tərəfinə qarşı istifadə edəcəyəm”.
Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı Rafael Fiziyev mətbuat konfransında deyib:
Azərbaycanlı idmançı Manuel Torresə qarşı döyüşlə bağlı fikirlərini bölüşüb: “Rəqibim hündürdür. Güclüdür. Amma supergücü yoxdur. UFC-də çox döyüşlərim olub. Bütün təcrübəmi bu döyüşdə istifadə edəcəyəm”.
Rafael Fiziyev ailəsi barədə də danışıb:
"Mənim və ailəm üçün bu, qeyri-adidir. Ailəm Mərkəzi asiyaya sürgün olundu. Yaşadılar, sağ qaldılar. 3-cü nəsiləmki varam, yaşayıram. Babalarım bunu görsəydi qürur duyardı. Atam da qürur duyur. Pəhrizə gəlincə, hər qafqazlı kimi pəhriz mənim üçün də döyüşdən əvvəl çətindir".
Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.