BAKI, 24 iyun. TELEQRAF
“Fənərbağça” müdafiə xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Teleqraf "Sabah"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Malanq Sarrın transferini yekunlaşdırmağa yaxındır.
“Lans”la müqaviləsi başa çatan və hazırda azad agent statusu daşıyan fransalı mərkəz müdafiəçisi “Fənərbağça”nın təklifinə müsbət yanaşıb. 27 yaşlı futbolçuya 2 milyon avro imza bonusu və 5 milyon avro maaş təklif olunduğu bildirilir.
Hazırda tərəflər arasında son detallar müzakirə edilir. Transfer baş tutacağı halda, baş məşqçi İsmayıl Kartalın müdafiənin mərkəzində Milan Şkrinyar - Malanq Sarr duetinə üstünlük verəcəyi gözlənilir.
Sarr ötən mövsüm “Lans”ın heyətində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” fransalı müdafiəçinin bazar dəyərini 20 milyon avro qiymətləndirir.