BAKI, 24 iyun. TELEQRAF
ABŞ Tehranın dondurulmuş vəsaitlərindən istifadə edərək, Amerika istehsalçılarından İran üçün ərzaq sifariş edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ tərəfindən İrana heç bir vəsait verilməyib və ya İranın vəsaitləri ona sərbəst şəkildə təqdim edilməyib. Biz tamamilə nəzarətimiz altında olan İranın vəsaitlərinin bir hissəsini qarğıdalı, buğda, soya və digər məhsulların alınması üçün fermerlərimizə yönəldəcəyik. İranda ərzağa ciddi ehtiyac var, biz həmin məhsulları yalnız ABŞ-dən alaraq onlar üçün təmin edəcəyik”, - o bildirib.