BAKI, 24 iyun. TELEQRAF

“İran bütün məsələlərdə mənə - ABŞ Prezidentinə tabe olmağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İndi İran tamamilə mənim nəzarətim altındadır, son nəfəsini verir, istənilən güzəştə getməyə hazırdır və onilliklər ərzində ilk dəfə olaraq ABŞ-yə və onun prezidentinə - mənə olduqca böyük hörmət bəsləyir. Belə bir vaxtda isə ABŞ Senatı hərbi səlahiyyətlərlə bağlı qanun layihəsi üzrə vaxtı düzgün seçilməmiş və mənasız səsvermə keçirməyə qərar verir. Bununla da dünyada terrorizmin əsas himayədarına ABŞ-nin - mənim onlarla bağlı həyata keçirdiyim addımlardan narazı olduğu və mənim bunları dayandırmalı olduğum mesajını verir, nəticədə isə düşmənə yardım və dəstək göstərmiş olur”, - dövlət başçısı Senatın prezidentdən İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni qəbul etməsini şərh edərkən bildirib.

Donald Tramp əlavə edib ki, səsvermə zamanı qətnaməni uğursuz dörd respublikaçı senator da dəstəkləyib:

“Bu senatorlar mənim işimi bir qədər çətinləşdirsələr də, mən bu işi bütün hallarda yerinə yetirəcəm, çünki başladığım hər işi həmişə sona çatdırıram”.