BAKI, 24 iyun. TELEQRAF
Beyrut və Təl-Əviv nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail ordusunun “Hizbullah” Hərəkatı ilə münaqişə zamanı Livanın cənubunda ələ keçirdiyi ərazilərin bir hissəsinin nizami ordunun nəzarətinə verilməsi məsələsini müzakirə edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Livan və İsrail mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ-nin dəstəklədiyi plana əsasən, Livan hərbçiləri əvvəlcə Vaşinqton tərəfindən təşkil olunacaq hazırlıq və yoxlama prosesindən keçməlidirlər. ABŞ bununla həmin hərbçilərin Hizbullahla əlaqələrinin olmadığına əmin ola biləcək.
Öz növbəsində, İsrail Livanla sərhəddə yerləşən bufer zonada hərbi mövcudluğunu qoruyub saxlamalıdır.