BAKI, 24 iyun. TELEQRAF
“Vasitəçilik iddiasında olan ATƏT-in nümayəndələri Ukraynada Qərbə casusluq edirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ən gülməlisi odur ki, hələ də Ukraynadakı münaqişə ilə bağlı “vasitəçilik” iddiasındadırlar. Onların təmas xəttində necə hərəkət etdiklərini, ATƏT bayrağı altında qərblilər üçün casusluq etdiklərini xatırlayıram”, - diplomat bildirib.
Mariya Zaxarova Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına istinadla ATƏT-i “yarı ölü” adlandırıb.