BAKI, 24 iyun. TELEQRAF

İranla birlikdə qanlı planın qarşısını aldıq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, kürdlərə zərər verə biləcək daha böyük münaqişələrin qarşısı alınıb:

"Zaman keçdikcə türklər, kürdlər, ərəblər və farslar olaraq birlikdə necə qanlı və məkrli bir planı ifşa edib zərərsizləşdirdiyimiz daha da aydın olacaq".