BAKI, 24 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanla hindistanlı həmkarı Narendra Modi arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, N. Modi Nikol Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Liderlər Ermənistan və Hindistan arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluqlarını ifadə ediblər.
Tərəflər siyasi dialoqun gücləndirilməsi, eləcə də iqtisadiyyat, yüksək texnologiyalar, təhsil, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.