BAKI, 24 iyun. TELEQRAF

“Artıq 3 həftədir Bakıdayam. Özümü buralı kimi hiss edirəm. Çoxlu tarixi yerlər var. Demək olar, hər yeri gəzmişəm. Əlverişli olduğundan hazırlıq üçün buranı seçmişik”.

Teleqraf xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı Asu Almabayev mətbuat konfransında deyib.

Qazaxıstanlı döyüşçü rəqibi amerikalı Çarlz Consona qarşı hazırlıqdan söz açıb:

“Yaxşı hazırlıq keçmişik. Özüm barədə deyə bilərəm ki, universal döyüşçüyəm. Bunu siz də döyüşdə görəcəksiniz. Xüsusi sürpriz görünməyəcək. Əsas bu olacaq ki, qələbə parlaq olsun. Döyüş günü görəcəyik kim yaxşı hazırlaşıb”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.