BAKI, 24 iyun. TELEQRAF

İran ABŞ-ni Hörmüz boğazından keçən gəmilər üçün ödəniş almayacağı barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Əksini iddia edən təxribatçı saxta media xəbərlərinə baxmayaraq, İran ABŞ-yə bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, heç bir sığorta xərci və hansısa başqa ödəniş tələb edilmir və ya alınmır. Əgər bu məlumat yanlış olarsa, danışıqlar dərhal dayandırılacaq”, - o bildirib.