BAKI, 11 avqust. TELEQRAF

Ötən gün Qəzza zolağında daha beş jurnalist öldürülüb.

Teleqraf xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, öldürülənlərdən ikisi "Əl-Cəzirə"nin əməkdaşları olub; Ənəs əl-Şərif və Məhəmməd Qureyka.

Öldürülən digər üç jurnalist isə fotomüxbir İbrahim Zahir, Mümin Alive və Muhammed Nevfeldir. Hadisə zamanı daha bir neçə jurnalistin yaralandığı bildirilir.

Hadisə İsrail ordusunun Şifa xəstəxanası yaxınlığına atdığı bomba nəticəsində baş verib.

İsrail Müdafiə Nazirliyi ölənlərin jurnalist deyil, HƏMAS silahlısı olduğunu açıqlayıb.

İsrail ordusunun 2023-ci ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyata başlamasından bəri Fələstin torpaqlarında 237 media əməkdaşı həlak olub.