BAKI, 7 may. TELEQRAF

Pakistan hökuməti Hindistan Hərbi Hava Qüvvələrinin zərbələrinə cavab vermək hüququ barədə BMT Təhlükəsizlik Şurasını xəbərdar edib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, müraciətdə İslam respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etmək və təcavüz aktına “istənilən vaxt və hər yerdə” cavab vermək hüququnun olması xatırladılır.