BAKI, 23 dekabr. TELEQRAF

“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ədliyyə orqanları işçilərinin qulluq illərinə onların işlədikləri müddətlər bölməsinə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunu qüvvəyə minənədək ədliyyə oqranlarına işə qəbul olunmuş şəxslərə münasibətdə” sözləri əlavədə edilib.