BAKI, 23 dekabr. TELEQRAF

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Şilə bələdiyyəsində ikinci əməliyyatı keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Şilə bələdiyyəsinə yönəlik aparılan əməliyyatlar zamanı əldə edilən məlumat və sənədlər əsasında rüşvət və vəzifədən sui-istifadə cinayətləri ilə bağlı yeni faktlar müəyyən edilib. Bu çərçivədə cinayət əməllərində iştirak etdikləri müəyyən olunan 23 nəfər saxlanılıb. Əməliyyat çərçivəsində istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Şilə bələdiyyə sədri Özgür Kabadayı iyulun 10-da “cinayət törətmək məqsədilə təşkilat yaratmaq, rüşvət alma, vəzifədən sui-istifadə və tenderlərə müdaxilə” iddiaları ilə həbs olunmuşdu.