BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında 2025-ci ilə yekun vurulub.

Telqeraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.

Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.

Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.

Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.

1 Qarabağ 34 24 6 4 71-22 +49 78
2 Zirə 34 21 9 4 54-26 +28 72
3 Sabah 34 15 14 5 52-31 +21 59
4 Turan Tovuz 33 14 8 11 40-36 +4 50
5 Neftçi 34 11 13 10 43-39 +4 46
6 Araz-Naxçıvan 34 10 15 9 38-41 –3 45
7 Sumqayıt 34 11 7 16 39-48 –9 40
8 Şamaxı 34 10 9 15 34-41 –7 39
9 Kəpəz 34 8 6 20 27-63 –36 30
10 İmişli 16 4 5 7 14-16 –2 17
11 Səbail 18 2 7 9 12-29 –17 13
12 Qəbələ 15 2 2 11 11-21 –10 8
13 Karvan-Yevlax 16 1 3 12 12-34 –22 6