BAKI, 5 may. TELEQRAF
Mahaçqalada baş verən atışma zamanı 17 yaşlı qız xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin məlumat yayıb.
Qeyd edək ki, bu gün Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər. Hücum nəticəsində üç polis əməkdaşı həlak olub.
***
16:15
Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Naməlum şəxslər yol patrul xidməti (DYP) əməkdaşlarının olduğu ekipaja atəş açıb. Hücum nəticəsində üç polis əməkdaşı həlak olub. Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb.
Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin kimliyini müəyyənləşdirmək istiqmətində iş aparır.