BAKI, 5 may. TELEQRAF

Ukrayna hərbçiləri işğal altındakı Donbasda uğurlu hərbi əməliyyat keçirərək mövqelərdən birinə nəzarəti ələ keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko öz "Telegram" kanalında məlumat verib.

Qeyd olunur ki, ildırım sürətli əməliyyat Milli Qvardiyanın “Spartan” briqadasının xüsusi təyinatlıları tərəfindən icra olunub.