BAKI, 4 may. TELEQRAF

Rusiya səfiri Oleq Malginovu Özbəkistan Xarici İşlər Nazirliyinə çağırıblar.

Teleqraf xəbər verir ki, məlumatı Özbəkistan XİN yayıb.

Səfirin dəvət olunmasının səbəbi Rusiyada miqrantların hüquqlarının pozulması halları ilə bağlıdır.