BAKI, 23 sentyabr. TELEQRAF

Fransaya casusluq ittiham ilə Azərbaycanda məhkum olunan Martin Ryan cəzaçəkmə yerindən azadlığa buraxılıb.

Teleqraf-ın xəbərinə görə, onun azad edilməsi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamın icrası ilə bağlı həyata keçirilib.

O, Lənkəranda cəzaçəkmə müəssisəsindən azad edilib.

Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, bir sıra cəzaçəkmə müəssisələrində əfv sərəncamı icra olunur. Onun sözlərinə görə, Lənkəranda cəza çəkmə müəssisəsində bir nəfər Fransa vətəndaşı azadlığa buraxılıb.

Martın Ryan dərhal öz ölkəsinə göndəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub. Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv edilib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var.

Onlardan 5 nəfəri əcnəbi olmaqla 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya Federasiyası, 1-i Pakistan Respublikası vətəndaşıdır.

Əfv olunanlar arasında 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azadl edilir.

Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.