BAKI, 23 sentyabr. TELEQRAF
Mis və ondan hazırlanan məlumatlarının gömrük rüsumu 2029-cu ilə qədər sabit saxlanılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 7415 33 000 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə 2 və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15 (1000 kq – 15 ABŞ dolları*)” sözləri “15 (1000 kq – 15 ABŞ dolları, 31.12.2029-cu il tarixinədək 1000 kq – 300 ABŞ dolları*)” sözləri ilə əvəz edilib.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.