BAKI, 13 aprel. TELEQRAF

"Ukraynanın bütün vətəndaşları orduda xidmət etməlidir, əks halda onlar bir sıra hüquqlardan məhrum olacaqlar".

Teleqraf yerli "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu prezident ofisinin rəhbərinin müavini Pavlo Palisa deyib.

"Hər kəs xidmət etməlidir. Ola bilsin ki, İsrailin təcrübəsini öyrənmək lazımdır. Vətəndaş dövlətdən vəzifə və ya ödəniş almaq istəyirsə ən azı qısamüddətli müqavilə ilə orduda xidmət etməlidirlər", - Palisa bildirib.