
BAKI, 12 aprel. TELEQRAF
"Ukraynanın faydalı qazıntı ehtiyatlarının dəyəri heç kimə məlum deyil".
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, geoloji nümunələr sonuncu dəfə Sovet İttifaqında aparılıb və bu gün Ukraynadakı faydalı qazıntı ehtiyatlarını heç kim dəqiq bilmir.
Xüsusi nümayəndə deyib ki, Ukrayna nümayəndə heyəti ABŞ ilə nadir torpaq metalları üzrə sazişi müzakirə etmək üçün Vaşinqtona gəlib.