BAKI, 12 aprel. TELEQRAF
"Times" mənim Ukraynanın gələcəyi ilə bağlı sözlərimi təhrif edib"
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Times" qəzeti mənim dediklərimi təhrif edib. Mən atəşkəsdən sonra sabitliyi təmin edəcək, Ukraynanın suverenliyini dəstəkləyəcək qüvvələr haqqında danışdım. Bölmənin müzakirələrində mən müttəfiq qüvvələrin (ABŞ qüvvələri istisna olmaqla) məsuliyyət daşıdığı əraziləri nəzərdə tuturdum. Mən Ukraynanı bölmək niyyətində deyildim”, - Kelloq bildirib.