BAKI, 12 aprel. TELEQRAF

"Münaqişənin həlli üçün sülh sazişinin bir hissəsi olaraq Ukrayna müharibədən sonrakı Berlin kimi bölünə bilər."

Teleqraf “The Times” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq deyib.

Kelloq hesab edir ki, Britaniya və Fransa qoşunları respublikanın qərbində, rus qoşunları isə şərqdə nəzarət zonalarını ələ keçirə bilər. Eyni zamanda, Ukrayna qüvvələri və onların arasında demilitarizasiya zonası olacaq. Onun fikrincə, belə bir variant Moskva üçün təxribat xarakterli olmaz.