
BAKI, 6 aprel. TELEQRAF
Yəmən hökuməti ABŞ və BƏƏ-nin dəstəyi ilə husilərə qarşı quru əməliyyatlarına hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Beynəlxalq Böhran Qrupunun Yəmən üzrə baş analitiki Əhməd Knits bildirib ki, ABŞ Yəmən qüvvələrini "bəzi maddi-texniki və döyüş sursatları" ilə təmin edə bilər.
O, əlavə edib ki, BƏƏ də Ədəndəki hökumətə dəstək verəcək.
Səudiyyə Ərəbistanının mövqeyi isə o qədər də aydın deyil.
Təhlilçinin sözlərinə görə, Ər-Riyad husilərin uzaqmənzilli raketlərdən istifadə edərək cavab addımlarından qorxur.
Bununla belə, son aylarda ABŞ Səudiyyə Ərəbistanına raketdən müdafiə sistemlərinin çatdırılmasını sürətləndirib.