
BAKI, 8 aprel. TELEQRAF
ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” mövzusunda foto sərgi keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə Azərbaycandakı mina problemi, onun fəsadları və hökumətin bu problemi aradan qaldırmaq istiqamətində atdığı addımlar diqqətə çatdırılıb.