BAKI, 24 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Nazirlər Yaxın Şərqdəki son durumu müzakirə ediblər.

Diplomatlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.