BAKI, 24 mart. TELEQRAF

"Ər-Riyadda Rusiya-Amerika nümayəndə heyətləri arasında danışıqlar birgə bəyanatın mətni razılaşdırıldıqdan sonra başa çatacaq".

Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

“Məsləhətləşmələr yaxın vaxtlarda başa çatmalıdır. İndi danışıqlar iştirakçıları birgə bəyanatın mətni üzərində razılığa gəlməyə çalışırlar”, - agentliyin mənbəsi bildirib.