
BAKI, 24 mart. TELEQRAF
"Rusiya Federasiyası və ABŞ nümayəndələri Səudiyyə Ərəbistanında danışıqlar zamanı Ukrayna münaqişəsi ilə bağlı ərazi məsələlərini müzakirə ediblər".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Amerika lideri Donald Tramp bildirib.
“Biz indi ərazilərdən danışırıq. Söhbət demarkasiya xətlərindən gedir”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, martın 24-də Səudiyyə Ərəbistanının paytaxtında "The Ritz-Carlton" otelində Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayıb .