.jpg)
BAKI, 24 mart. TELEQRAF
"Ər-Riyadda keçirilən danışıqlarda Vaşinqtonun Ukraynadakı atom elektrik stansiyalarına (AES) mümkün nəzarəti Ukraynadakı münaqişənin həlli səyləri çərçivəsində müzakirə olunur".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“İndi biz ərazilərdən danışırıq, demarkasiya xətlərindən danışırıq. Biz elektrik stansiyasına sahib olmaqdan danışırıq. "Bəziləri deyir ki, ABŞ elektrik stansiyasına sahib olmalı və işləməlidir... onlar xüsusilə böyük atom elektrik stansiyasına sahib olmaqdan danışırlar", - Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında deyib.
Bununla belə, Amerika lideri hansı atom elektrik stansiyasından danışdığını dəqiqləşdirməyib.