BAKI, 24 mart. TELEQRAF

"Türkiyədə davam edən zorakılıq hallarına görə bütün məsuliyyəti Cümhuriyyət Xalq Partiyası və onun sədri Özgür Özəl daşıyır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra deyib.

Onun sözlərinə görə, müxalif liderlər şüursuzluğun nümunəsini nümayiş etdirdilər. Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, zorakılığa əl atırlar. Polis əməkdaşlarını yaralayır, dövlət əmlakına milyardlarla ziyan vururlar. Parlamentdə bütün bunlara baxılacaq və hüquqi sənədlər məhkəməyə təqdim olunacaq”, - Ərdoğan bildirib.