
BAKI, 25 mart. TELEQRAF
ABŞ-nin vitse-prezidenti J.D.Vens Ukrayna ilə bağlı mübahisəli müsahibəsinə görə tənqid edilən Prezident Donald Trampın xüsusi elçisi Stiv Vitkovu müdafiə edib.
Teleqraf xəbər verir ki, vitse-prezident siyasətçiyə öz dəstəyini sosial şəbəkədə bildirib.
“Steve Vitkoff inanılmaz iş görən əla oğlandır. Onu tənqid edənlər - 40 il uğursuz yerdə olanlar - Vitkovun uğur qazanmasına qəzəblənirlər. Diplomatiya sadə bir bacarıqdan irəli gəlir. Axmaq olmamaq lazımdır" - Vens deyib.
Qeyd edək ki, Vitkoff keçən həftə verdiyi müsahibədə ABŞ-nin Kiyevə əbədi olaraq pul verə bilməyəcəyini bildirib. Xüsusi nümayəndə Rusiya Prezidenti Vladimir Putin haqqında da müsbət fikirlər səsləndirib və Ukraynanın ərazilərini Rusiyaya verməli olacağını etiraf edib.