BAKI, 20 mart. TELEQRAF

VII müddətə Belarus prezidenti seçilən Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bu ilin yanvar ayında keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko 87,6% səslə qalib gəlib.