
BAKI, 20 mart. TELEQRAF
İsrail Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşkəs üçün şərtlərini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadid məlumat verib.
"İsrail vasitəçilərlə şərtlərini təkliflərini bizə çatdırdı. Biz də öz tərəfimizdən İsrail tərəfinin imzalanmış sazişə əməl etməsini zəruri hesab etdiyimizi bildirdik və məsələni qismən həll etməyə çalışdıq" - o deyib.
Abdel Rəhman Şadid İsrailin şərtlərinin nədən ibarət olduğunu açıqlamayıb.