BAKI, 29 sentyabr. TELEQRAF
Saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Daşkəsən, Ordubad, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Şahdağ, İsmayıllı, Xınalıq, Qəbələ, Qax, Qrız, Qusar, Şabran, Xaçmaz, Quba, Xızı, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Ağcabədi, Salyan, İmişli, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır