BAKI, 17 mart. TELEQRAF

"ABŞ Prezidenti Donald Tramp gözləntiləri doğrultmayacağı təqdirdə Moskvaya sanksiya təzyiqi tətbiq etməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.

“Prezident belə bir tədbiri nəzərdən keçirir və lazım gələrsə, onu etməyə hazırdır”, - o qeyd edib.

Levit ABŞ-nin Rusiyaya qarşı hansı addım atacağını əvvəlcədən elan edə bilməyəcəyini bildirib.