BAKI, 17 mart. TELEQRAF

“Barselona” güclü komandadır, rəqibi təbrik edirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Barselona” ilə oyundan sonra “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

Onun sözlərinə görə, “Atletiko” hələ də çempionluq şansını saxlayır: “Barselona”nın “Real Madrid”lə oyunu olacaq. Əlimizə düşən şanslardan faydalanmağa çalışacağıq”.

Simeone “Barsa”ya məğlubiyyəti belə şərh edib: “Barselona”nın bəxti gətirdi. Biz də qələbə qazana bilərdik. Əks-hücumlarda yaranan şansları boşa verdik.

Hesab 2:0 qala bilməzdi. Rəqib əlverişli vəziyyətdən istifadə edib fərqi azaltdı. “Barselona” kimi güclü və yaxşı komanda üçün bu, əlavə təkan oldu”.

Qeyd edək ki, İspaniya La Liqasında 28-ci turun mərkəzi oyununda Madriddə “Atletiko” çempionluğa iddialı “Barselona”ya uduzub – 2:4. Oyunun 72-ci dəqiqəsinə qədər meydan sahibləri 2:0 öndə olsalar da, “Barselona” sona yaxın 4 qol vuraraq, əzmkar qələbə qazanıb.