BAKI, 17 mart. TELEQRAF

“Mançester Siti” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “E-notices” nəşri xəbər yayıb.

Məlumata görə, “şəhərlilər” yeni baş məşqçi axtarışlarına başlayıblar. İngiltərə klubunun rəhbərliyinin “Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqasın namizədliyi ilə bağlı qərar verdiyi iddia olunur.

Hazırda İtaliyanın “Komo” klubunu çalışdıran Fabreqasın mövsümün sonunda “Mançester Siti”yə keçəcəyi bildirilir.

Qeyd edək ki, uğursuz mövsüm keçirən “Mançester Siti” Premyer Liqada 5-ci yerdədir.