
BAKI, 17 mart. TELEQRAF
Robert Levandovski “Barselona”da Lionel Messidən sonra bir mövsümdə 35 qol vuran ilk futbolçu olub.
Teleqraf xəbər verir ki, polşalı forvard bu mövsüm bütün turnirlərdə 40 matçda “Barsa”nın heyətində 35 qol vurub. Hücumçu Kataloniya klubunda ən məhsuldar mövsümünü keçirir.
Qeyd edək ki, Messi İspaniya klubunda 2020/21 mövsümündə 47 oyuna 38 qol vurub.